ABŞ Ermənistanı sanksiyalarla hədələyib

ABŞ Ermənistanı sanksiyalarla hədələyib

ABŞ Ermənistanı "qara siyahı"ya salınmış Rusiya şirkətləri ilə sazişlər bağlayacağı təqdirdə sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq edib.

"Report" Ermənistanın "Aykakan Jamanak" qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yerevandakı səfirliyinin bəyanatında bildirilib.

"Biz hökuməti və bir sıra ölkələrin özəl şirkətlərini Rusiyanın adı siyahıda olan şirkətləri ilə əhəmiyyətli sazişlər imzalanacağı təqdirdə sanksiyalar tətbiq edilə biləcəyi ilə bağlı xəbərdar etdik", - ABŞ diplomatik missiyasından bildirilib.

Nəşr qeyd edir ki, kontekstdən "əhəmiyyətli sazişlər" deyərkən nə nəzərdə tutulduğu aydın olur.

Xatırladaq ki, ötən ilin dekabrında Ermənistan prezidenti Serj Sarqsyan daha əvvəl ölkə parlamentinin qəbul etdiyi Rusiyadan 100 milyon dollar məbləğində silah alınması üzrə Rusiyadan kredit götürülməsi üzrə sazişi ratifikasiya edib.

"Digər ölkələrin Rusiyadan hərbi-kəşfiyyat vasitələri alğısını məhdudlaşdıraraq Rusiyanı onarln satışından əldə olunacaq gəlirlərdən məhrum edirik. Çünki bu gəlirlər beynəlxalq mənfi təsir və qeyri-sabitlik kampaniyasını davam etdirilməsi üçün istifadə edilə bilər", - ABŞ-ın Ermənistandakı səfirliyindən vurğulanıb.

Qeyd edək ki, Ermənistanın maliyyə naziri Vardan Aramyan sanksiya riski olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Yerevan üçün problemli vəziyyət yaranacağı halda onlar amerikalı tərəfdaşları ilə danışıqlara başlayacaqlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...