Elmar Məmmədyarov ATƏT sədri ilə görüşəcək

Elmar Məmmədyarov ATƏT sədri ilə görüşəcək

"Azərbaycan və İtaliya arasında sıx siyasi əməkdaşlıq var". APA-nın xəbərinə görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib. Səfirin sözlərinə görə, 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılması bu əlaqəni daha da genişləndirəcək.

Səfir bildirib ki, bu gün Münhendə başlayacaq 54-cü təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və İtaliya xarici işlər nazirləri Elmar Məmmədyarov və Ancelino Alfano arasında görüş keçiriləcək.

Qeyd edək ki, İtaliya hazırda ATƏT-ə sədrlik edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
923 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...