Saakaşvilinin işinə Avropa Məhkəməsi baxacaq

Saakaşvilinin işinə Avropa Məhkəməsi baxacaq

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçinin vəkili Ruslan Çernolutskinin sözlərinə görə, Saakaşvili onunla bağlı prosedur qərarları yekunlaşmadan Ukraynadan deportasiya edildiyini deyib.

“Ukrayna hakimiyyəti Saakaşviliyə vətəndaşlığını bərpa etmək şansı vermədən və əlavə yardım hüququndan məhrum etməklə deportasiya edib. Məhz bu qərarı məhkəmədə şikayət edəcəyik. Artıq bütün sənədlər Avropa Məhkəməsinə göndərilib”-deyə Çetnolutski deyib.

Xatırladaq ki, Saakaşvili hazırda Hollandiyadadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...