Suriyada 30 günlük atəşkəs - BMT qətnamə qəbul etdi

Suriyada 30 günlük atəşkəs -

BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnaməni yekdilliklə qəbul edib

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir.


Sənədə əsasən, atəşkəs rejimi İŞİD, “Cəbhə ən Nüsrə” və “Əl Qaidə” kimi terror təşkilatlarına və onlarla əlaqəli qruplaşmalara şamil edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
880 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...