Ali Rada qarşısında təxribat – Saakaşvili tərəfdarları polisə daş və “Molotov kokteyli” atdılar

Ali Rada qarşısında təxribat –

Sabiq Odessa qubernatoru Mixail Saakaşvilinin tərəfdarları Ali Radanın qarşısında polislə qarşıdurmaya gediblər. Avropa.info xəbər verir ki, baş verən iğtişaşda 8 nəfər yaralanıb. “Ali Rada qarşısında Saakaşvilinin “Yeni qüvvələr hərəkatı” cinayətkar qruplaşması tərəfindən təxribat təşkil olunub. Şinləri gətirərək yandırmağa çalışdılar. Polis əməkdaşları buna icazə vermədikdə onları daşa basdılar” – deputat Anton Qeraşenko belə deyib.

O, Saakaşvili tərəfdarlarının polisə daşdan əlavə “Molotov kokteyli” də atdığını bildirib. Etiraz aksiyasının 9 üzvü saxlanılıb. Öz növbəsində Saakaşvili hadisənin şərh edərək deyib ki, Ali Rada qarşısında baş verən iğtişaşlara onun heç bir aidiyyəti yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
880 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...