Dağıstanlı nazir ölkədən qaçdı

Dağıstanlı nazir ölkədən qaçdı

Evində axtarış aparılan Dağıstanın tikinti və mənzil-kommunal təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edən İbrahim Qazıbəyov respublikadan qaçıb.

Virtualaz.org bildirir ki, bu xəbəri regionun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən RİA “Novosti” yayıb. “Qazıbəyovu tutmağa hazırlaşırdılar, lakin o, respublikadan qaçıb. Nazir işdə deyil”, - agentliyin həmsöhbəti qeyd edib.

Hazırda Dağıstanda Moskvadan həlmiş güc strukturlarının nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın məqsədi respublikada “qanunçuluğun vəziyyəti”ni müəyyənləşdirməkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
967 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...