PKK-nın Afrində “çoban hiyləsi” baş tutmadı

PKK-nın Afrində “çoban hiyləsi” baş tutmadı

Afrində türk əsgərləri mülki insanların arasına qarışaraq gizlənməyə çalışan 2 PKK/PYD terrorçusunu yaxalayıb. Axar.az xəbər verir ki, terrorçular özlərini çoban kimi qələmə verərək türk əsgərlərini aldatmağa çalışıb. Məlumata görə, aparılan axtarış nəticəsində terrorçuların mobil telefonlarında terror qruplaşmasına aid sənədlər tapılıb. Keçirilən məhkəmə prosesində saxlanılan şəxslərin həbs edilməsi qərarı verilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
807 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...