Kərkük nefti yenidən Türkiyə üzərindən ixrac ediləcək - Rəsmi İraq

Kərkük nefti yenidən Türkiyə üzərindən ixrac ediləcək -

Kərkük nefti yenidən Türkiyə üzərindən ixrac olunacaq.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə İraqın Baş naziri Heydər əl-İbadi deyib. O bildirib ki, Kərkük neftinin Ceyhan limanından ixracına dair İraq Kürdüstan Regional Rəhbərliyi (İKRR) ilə razılaşma var və İKRR ilə aramızdakı mübahisələri gələcəkdə həll etməyə hazırıq.

Baş nazir neftin ixracı ilə əlaqədar Türkiyə və İKRR ilə danışıqların davam etdiyini də qeyd edib.

Xatırladaq ki, İraq Kürdüstan Regional Rəhbərliyində keçirilən mübahisəli müstəqillik referendumdan sonra İraq hökumət qüvvələrinin nəzarətinə keçən Kərkükdən ötən ilin oktyabr ayından etibarən Kərkük-Ceyhan boru xətti ilə neft ixracı mümkün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
852 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...