Afrindən sonra Mənbicin azad olunması üçün hərbi əməliyyata başlayacağıq - Ərdoğan

Afrindən sonra Mənbicin azad olunması üçün hərbi əməliyyata başlayacağıq -

ABŞ Suriyanın Mənbic bölgəsi üzrə Türkiyənin mövqeyi barədə məlumatlıdır. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı qeyd edib ki, Afrinin azad edilməsindən sonra Türkiyə Silahlı Qüvvələri Mənbicin azad olunması üzrə hərbi əməliyyata başlayacaq:

"Mənbicin etnik tərkibi PYD terrorçuları tərəfindən dəyişdirilib. Bu bölgədə əhalinin 90 faizini təşkil edən ərəblər ərazidən tamamilə qovulub". Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...