"Rusiya beynəlxalq internet şəbəkəsindən çıxmağa hazırdır" - Putinin müşaviri

"Rusiya beynəlxalq internet şəbəkəsindən çıxmağa hazırdır" -

“Rusiya texniki cəhətdən beynəlxalq internet şəbəkəsindən çıxmağa hazırdır, lakin bu proses ağrısız olmayacaq”.

APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin internetin inkişafı üzrə müşaviri Qerman Klimenko NTV kanalına müsahibəsində deyib.

“Texniki olaraq biz istənilən fəaliyyətə hazırıq. Bir texnologiyadan digərinə keçərkən hər zaman problem yarana bilər. Həmkarlarımız bizi sistemdən çıxaracaqlarsa, bunun ağrısız olub-olmayacağını bilmirəm. Deyilir ki, ağrısız olacaq, lakin mən əminəm ki, bu belə deyil. Kiminsə haradasa nəyisə söndürüləcək. Kimsə məlumatlarını xaricdə qoruyur və ya hansısa saytın domeni xaricdən alınıb. Buna görə müəyyən çətinliklər olacaq. Lakin ümumilikdə proqram və aparat təminatında heç bir problem yoxdur”.

O qeyd edib ki, Rusiya prezidentinin sərəncamı ilə məmurlar üçün hazırlanan internet şəbəkəsinin Rusiya seqmenti işləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...