62 əcnəbi deputat Bakıya futbol yarışına gəlir

62 əcnəbi deputat Bakıya futbol yarışına gəlir

Gələn həftə Bakı tarixində ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Martın 9-11-i arasında gerçəkləşəcək futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub. Turnir Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə keçiriləcək.

F.Muradov bildirib ki, beynəlxalq əhəmiyyətli bu tədbir Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər siyasəti, idman və turizm komitəsinin sədri başda olmaqla Ali Radanın, Polşa Seyminin Fiziki mədəniyyət, idman və turizm komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin Parlament komandalarının iştirakı ilə keçiriləcək:

"Turnirdə adlarını çəkdiyim ölkələrdən 82 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 62 nəfər millət vəkili, digərləri isə keçmiş millət vəkilləri və Parlament aparatlarının əməkdaşlarıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
864 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...