Putinin reytinqi sürətlə düşür: O, hansı səhvlər buraxdı?

Putinin reytinqi sürətlə düşür:

Rusiyada əhalinin bir milyondan çox olduğu şəhərlərdə Vladimir Putin mövqelərini itirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vedemosti” qəzeti yayıb. Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğuya diqqət yetirən qəzet Putinin bir ay ərzində Moskva və Sankt-Peterburqda 12% səs itirdiyini bildirib. Nəticədə bu şəhərlərdə onun tərəfdarlarının sayı əhalinin 57,1%-ni təşkil edib.

Əhalisi milyonla ölçülən digər şəhərlərdə də yeni ilə qədər eyni tendensiya müşahidə edilib. Bu şəhərlərdə daha sonra Putin mövqelərini cəmi 2% yaxşılaşdıra bilib. Prezidentin stabil reytinqi hələlik yalnız 500.000-950.000 nəfərin yaşadığı şəhərlərdə və kəndlərdə qalıb.

Böyük şəhərlərdə kimə səs verəcəyini bilməyənlərin sayında da artım olub. Kommunistlərin namizədi Pavel Qrudininin reytinqi isə qalxıb.

Mərkəz Putinin səslərinin azalmasının əsas səbəbi kimi böyük şəhərlərdə administrativ təzyiqin az olmasını göstərib. Bundan başqa, rus seçicisi üçün daha bir gözlənilməz məsələ Sobçak və Qrudininin namizədliyini irəli sürməsi olub.

“Vedemosti”yə danışan, amma adının çəkilməsini istəməyən Prezident Administrasiyasının nümayəndəsi əslində vəziyyətin təqdim ediləndən daha pis olduğunu bildirib:

“Putinin reytinqinin düşməsi daha çox onun az aktivliyi və kampaniyası zamanı buraxdığı səhvlərlə bağlıdır. Reallıqda göstəricilər daha azdır. Real göstərici ən yaxşı halda 55-60% olacaq. Əgər Moskvada 50% səs toplasaq, bu, böyük uğur sayılacaq. Böyük şəhərlər və regionlar arasında fərq 20% təşkil edir”.

“Vedemosti” Putinin rəqiblərinin hansı bölgələrdə daha güclü olduğunu da açıqlayıb. Kommunistlərin ölkənin demək olar ki, hər yerində özlərinə dəstəkçi tapa bildiklərini vurğulayan qəzet Sobçakın daha çox 300.000-dən 1 milyona qədər əhalisi olan şəhərlərdə, Jirinovskinin isə Uzaq Şərqdə daha çox dəstəyə sahib olduğunu yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...