Ərdoğan: ABŞ Suriyadakı terrorçulara əməkhaqqı ödəyir

Ərdoğan: ABŞ Suriyadakı terrorçulara əməkhaqqı ödəyir

ABŞ Suriyadakı terrorçulara əməkhaqqı ödəyir. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O vurğulayıb ki, Suriyadakı bütün terror təşkilatları bir mərkəzdən idarə olunur.

Prezident Türkiyə Silahlı Qüvvələrinin tezliklə Suriyada terrorçuları tam məhv edəcəyini bildirib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
949 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...