Norveçdə koronavirus peyvəndi vurulan onlarla insan niyə həyatını itirib?

Norveçdə koronavirus peyvəndi vurulan onlarla insan niyə həyatını itirib?

Norveçdə 33 nəfər yaşlı insanın “Pfizer/BioNTech” koronavirus peyvəndi vurulduqdan qısa müddət sonra ölməsi peyvəndlə bağlı müzakirələri artırıb.

BBC xəbər verir ki, Norveç Dərman İdarəsinin müdiri Steinar Madsen həmin ölümlərin peyvəndlə əlaqəsi olmadığını deyib.

Onun sözlərinə görə, həyatını itirən şəxslərin ağır xəstəlikləri olub.

Həkim bildirib ki, həmin şəxslər peyvəndi vurdurmasalar da uzun müddət yaşamayacaqdılar.

Ən çox görülən yan təsirlərin belə bu xəstələrdə ciddi fəsadlar yaratdığını bildirən Madsen COVID-19-a yoluxmanın onlar üçün peyvənddən daha böyük risk yaratdığını vurğulayıb.

Qeyd edək ki, ölüm faktları araşdırılır və nəticələr bu həftə Avropa Dərman Təşkilatı ilə paylaşılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...