Merkel: "Biz pandemiyanın çətin mərhələsindəyik"
"Biz pandemiyanın çətin mərhələsindəyik".
APA-nın DW-yə istinadən verdiyi xəbərə görə bunu, Almaniya kansleri Angela Merkel mətbuat konfransında deyib.
O qeyd edib ki, gündəlik yoluxma tədricən aşağı düşür: "Reanimasiyada olan şəxslərin sayı azalır. Bütün bunlar yaxşı xəbərdir.
Lakin hələ də virus təhlükəlidir. Bizim şokedici ölü sayımız var, bu gün ölənlərin sayı 1000-dən yuxarıdır".
Virusun mutasiyalarının təhlükəsindən danışan Almaniya kansleri Aİ ölkələri liderlərinin bu gün keçiriləcək onlayn görüşündə bu məsələnin müzakirə olunacağını deyib: "Epidemioloji olaraq Avropa İttifaqı vahid regiondur buna görə də bloka üzv ölkələrdə virusla mübarizədə bərabər addımlar atılmalıdır".
Merkel həmçinin qeyd edib ki, Almaniya il ərzində kifayət qədər peyvənd dozası ilə təmin olunacaq.
Pandemiyanı əsrin fəlakəti adlandıran Almaniya kansleri insanların səbrnin sınandığını bildirib.
Angela Merkel dünyada peyvəndlərin paylanılmasında beynəlxalq qeyri-bərabərliklə bağlı narahatlığın olduğunu da sözlərinə əlavə edib.
478 dəfə oxundu