Bayden kəşfiyyat orqanlarına Rusiya ilə bağlı göstəriş verdi

Bayden kəşfiyyat orqanlarına Rusiya ilə bağlı göstəriş verdi

ABŞ Prezidenti Co Bayden ölkənin kəşfiyyat orqanlarına Rusiya ilə bağlı bir sıra göstərişlər verib.

“İnterfaks”ın məlumatına görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

“Prezident kəşfiyyat xidmətlərimizdən “Solar Winds”ə qarşı haker hücumu, 2020-ci il seçkilərinə Rusiya müdaxiləsi, müxalifət lideri Aleksey Navalnıya qarşı kimyəvi silah tətbiqi, həmçinin Əfqanıstanda ABŞ hərbçilərinə hücuma görə pul ödənilməsi ilə bağlı hesabat hazırlamağı tapşırıb”, - deyə C.Psaki qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...