Pentaqon ABŞ qüvvələrinin dünyadakı yerini təhlil edəcək

Pentaqon ABŞ qüvvələrinin dünyadakı yerini təhlil edəcək

Pentaqon ABŞ ordusunun yerləşdiyi əraziləri nəzərdən keçirəcək. Bu barədə ölkənin yeni Müdafiə naziri Lloyd Austin bildirib. Onun açıqlaması Pentaqonun rəsmi saytında yayımlanıb:

“Hesabatda baş komandana hərbi maraqların milli maraqlara uyğun şəkildə necə paylanacağına dair tövsiyələrim yer alacaq”. Eyni zamanda, nazir təhlil zamanı Pentaqonun ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşmələr aparacağını da əlavə edib.

Lakin açıqlamada ABŞ qüvvələrinin bölgüsündə heç bir mümkün dəyişiklik göstərilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...