Türkiyə apreldən turistlərin qəbuluna başlayır

Türkiyə apreldən turistlərin qəbuluna başlayır
Türkiyədə yay turizm mövsümü aprel ayında başlayacaq.

"APA-Economics"in məlumatına görə, bunu "Haberturk"ə müsahibəsində ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.

Onun sözlərinə görə, turizm mövsümü dərhal deyil, tədricən, ilk növbədə, Aralıq dənizindən başlayacaq, daha sonra isə Egey dənizini əhatə edəcək: "Məqsədimiz yay mövsümünə aprel ayında başlamaqdır. Əsasən Avropa ölkələrindən turistlər gözləyirik".

Nazir onu da əlavə edib ki, aprel ayının sonundan etibarən may tətilinin başlayacağı Rusiyadan qonaqların, may ayının ortalarından isə müqəddəs Ramazan ayı bitdikdən sonra yerli turistlərin axını gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...