Ermənilər Zəngəzurdakı yollarını dəyişirlər

Ermənilər Zəngəzurdakı yollarını dəyişirlər
Hurriyyet.org xəbər verir ki, Ermənistan rəhbərliyi Sünik vilayətinə alternativ avtomobil yolları çəkdirməyi planlaşdırır.

Bu barədə məlumatı Ermənistanın infrastruktur və ərazi idarəsi naziri Curen Papikyan parlamentdə müstəqil deputat Anna Qriqoryanın sualının cavabında verib.

“Bəli, alternativ yollar tikiləcək. Hava şəraiti normallaşdıqdan sonra tikinti başlanacaq”.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasından sonra ermənilərin yaşayış məntəqələrini birləşdirən bəzi yollar qismən Azərbaycanın nəzarəti altına keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...