“Türk Ordusunun qarşısında dura biləcək terror qruplaşması yoxdur” - Ərdoğan

“Türk Ordusunun qarşısında dura biləcək terror qruplaşması yoxdur” -
“Şəhidlərimizin qanı yerdə qalmayıb, son hərəkat zamanı 53 terrorçu zərərsizləşdirilib”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ordumuzun zaman və məkan sərhədi tanımadan ölkəmizin ehtiyac duyduğu, millətimizin təhlükəsizliyi üçün vacib olan hər hərəkatı öz imkanları ilə reallaşdıracaq səviyyəyə çatması ilə qürur duyuruq. Hər ötən il daha da inkişaf edən təchizatı, texnologiyası və insan gücü ilə Türk Ordusunun qarşısında dura biləcək terror qruplaşması yoxdur. Son hərəkatda bu həqiqəti gördük”, - deyə Ərdoğan vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
730 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...