"Şəhidlər üçün milli yas elan edilmir" deyə gülümsəyən sədr diqqət çəkdi

"Şəhidlər üçün milli yas elan edilmir" deyə gülümsəyən sədr diqqət çəkdi
Xəbər verdiyimiz kimi, Türkiyə ordusunun İraqın şimalındakı Qara bölgəsində apardığı “Pəncə Qartal-2” antiterror əməliyyatı nəticəsində 13 dinc sakin və Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbi qulluqçu yaralanıb.

Unikal.org xəbər verir ki, "Habertürk" ekranlarında canlı yayımlanan verilişdə, Qara şəhidləri üçün milli matəm elan edilib edilməməsi müzakirə edilib. Proqramda qonaq olan Vətən Partiyasının sədri Doğu Perinçekin sözləri isə türk mediasında gündəmə səbəb olub.

Belə ki, mövzu ilə əlaqədar açıqlamalar verən Perinçek, "13 nəfər öldüyü üçün milli yas elan edilmir" deyərək gülümsəyib. Sədrin bu çıxışı izləyicilər tərəfindən yaxşı qarşılanmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
684 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...