Çində saxta vaksin hazırlayan dəstə başçısı həbs olundu

Çində saxta vaksin hazırlayan dəstə başçısı həbs olundu
Çində koronavirusa qarşı saxta vaksin hazırlayıb satan cinayətkar dəstə başçısı saxlanılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dəstənin vaksin əvəzinə mineral su doldurub satdığı məlum olub.

Dəstənin bu vaxta kimi 58 min dozadan çox saxta vaksin satdığı bildirilib. Vaksinlərin həmçinin xarici ölkələrə idxal edildiyi üzə çıxıb. Ümumilikdə saxta vaksin satışından 3 milyon dollara yaxın gəlir əldə olunduğu məlum olub. Hazırda araşdırmalar davam etdirilir.

Bu vaxta kimi Çində 70-dən çox şəxsin saxta vaksin istehsalına görə saxlanıldığı açıqlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...