ABŞ koronavirusa görə üçüncü peyvəndi alır

ABŞ koronavirusa görə üçüncü peyvəndi alır

ABŞ-da tibb mütəxəssisləri koronavirusa qarşı “Johnson&Johnson” peyvəndinin ölkədə tətbiqinə icazə verilməsini tövsiyə ediblər. Bu barədə “RİA Novosti” şuranın səsvermə nəticələrinə istinadən xəbər yayıb.

ABŞ Qida və Dərman İdarəsinin (FDA) dərmanı “təcili” istifadə üçün təsdiqləyəcəyi bildirilir. Beləliklə, ABŞ-da COVID-19-a qarşı artıq üç peyvənd istifadə ediləcək, digər ikisi “Pfizer” və “Moderna” şirkətlərinin dərmanlarıdır.

Mütəxəssislərə görə, peyvəndin potensial faydaları mümkün risklərdən çoxdur. Peyvənd “Janssen Pharmaceuticalica” (Johnson&Johnson şirkətinə məxsus) tərəfindən istehsal olunur. Bu peyvənd, Rusiyanın “Sputnik V”, eyni zamanda Britaniya-İsveç birgə istehsalı “AstraZeneca” kimi vektor vaksinidir.

Dərman adi zökəm virusundan istifadə edir və virusun səthindəki yapışmış zülalı hədəf alır. ABŞ-da təsdiqlənmiş digər peyvəndlərdən fərqli olaraq, bu peynəd zamanı, iki yox, yalnız bir inyeksiya tələb olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1093 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...