Estoniyada bir aylıq sərt karantin tətbiq edilir

Estoniyada bir aylıq sərt karantin tətbiq edilir
Estoniya hökuməti koronavirusun Böyük Britaniyada aşkarlanan ştammının yayılması ilə əlaqədar martın 11-dən bir ay müddətinə sərt karantin tətbiq edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Estoniyanın baş naziri Kaya Kallas deyib.

K.Kallas bildirib: "Biz mümkün olduğu qədər ölkəni bağlamağa qərar verdik". Qeyd edək ki, son məlumatlara əsasən Estoniyada 76 183 nəfər koronavirusa yoluxub, 667 nəfər isə koronavirusdan ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...