ABŞ Dövlət Departamenti erməni terrorçunun azadlığa buraxılmasından məyus olub

ABŞ Dövlət Departamenti erməni terrorçunun azadlığa buraxılmasından məyus olub

ABŞ Dövlət katibi Entoni Blinken 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki Baş Konsulu Kamal Arıkanı öldürən erməni terrorçu Hampiq Sasunyanın şərti azadlığa buraxılması ilə bağlı məhkəmə qərarından məyus olduğunu açıqlayıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Amerika Birləşmiş Ştatları hər zaman diplomatların təhlükəsizliyini prioritet məsələ hesab edib və bu cür cinayətlərdə iştirak edənlər üçün ən sərt cəzanın verilməsi mövqeyindən çıxış edib. Biz şərti azadlığa buraxılmağa qarşıyıq. Diplomatın ünvanına təhlükə yalnız ciddi cinayət deyil, eyni zamanda, ümumilikdə diplomatiya üçün təhlükədir”, - deyə Dövlət katibinin yazılı bəyanatında deyilib.

Bəyanatda E.Blinken həmçinin öldürülən türkiyəli diplomatın ailə üzvləri və yaxınlarına, həmçinin Türkiyə Xarici İşlər Nazirliyinə başsağlığı verib.

Xatırladaq ki, 1982-ci il yanvarın 28-də Türkiyə Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən qətlə yetirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...