Dünyanı qorxuya salan “Britaniya” ştammı nədir və əlamətləri hansıdır?

Dünyanı qorxuya salan “Britaniya” ştammı nədir və əlamətləri hansıdır?
Artıq bir ildən çoxdur yayılan və hazırda da sürətlə davam etməkdə olan koronavirus (COVİD-19) bütün dünyanı öz ağuşuna alıb. Müxtəlif qapanma və qadağalarla qarşısı alınmağa çalışılan koronavirusun yeni mutasiyaya uğramış növü də ortaya çıxıb.

"Britaniya" ştammının əvvəlkindən daha təhlükəli olması və daha sürətlə yayılması dünyada yenidən karantin qaydalarının sərtləşdirilməsinə səbəb olub.

Bəs "Britaniya” ştammı adı verilən virusun yeni növü nədir, hansı əlamətlərə özünü göstərir?

AZXEBER.COM-un araşdırmasına görə, virusun bu növünə ilk dəfə 2020-ci ilin sentyabrında Britaniyanın Kent vilayətində rast gəlinib və qısa vaxtda bütün dünyaya sürətlə yayılmağa başlayıb.

İngiltərə hökumətinin Yeni və İnkişaf etməkdə olan Tənəffüs Virusu Təhlükələri Məsləhət Qrupunun (NERVTAG) məlumatlarına görə, Londonun aparıcı klinikalarından yeni növ koronavirus (COVİD-19) halları barədə məlumatları araşdıran mütəxəssislər virusun 70 faiz daha ölümcül olduğunu müəyyənləşdiriblər. Bu virusun daha bir əlaməti isə çox sürətli şəkildə yayılması və insanları yoluxdurmasıdır.

Yeni mutasiyaya boğaz ağrısı, əzələ ağrısı, yorğunluq, öskürək əlamətləri daha çox ilə özünü göstərir. Dadbilmə və iybilmənin itməsi isə müşahidə olunmur.

Yeni ştamma yoluxmuş 3,5 min nəfərlik qrupda 35 faiz öskürəkdən, 32 faiz yorğunluqdan, 25 faiz əzələ və ümumən bədəndəki, 21,8 faiz isə boğazdakı ağrılardan şikayətlənib.

İngiltərədə aparılan son elmi tədqiqatda isə göstərilir ki, virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalı SARS-CoV-2-in yoluxdurma əmsalından minimum 35 faiz daha böyükdür. Eyni zamanda mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir.

"Britaniya” ştammına artıq dünyanın 100-dən çox ölkəsində rast gəlinib. Virusun yeni növü Avropa ölkələrində daha sürətlə yayılır və bir çox Avropa ölkəsində ağır nəticələrlə müşahidə olunur.

Azərbaycanda da virusun yeni növünə yoluxmanın qarşısının alınması üçün tədbirlər görülür. Mütəxəssislər hesab edir ki, Britaniya ştammının sürətlə yayılmasının qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir və yenidən qapanmalıara gedilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1005 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...