Kiyevdə sərt karantin tətbiq edilir

Kiyevdə sərt karantin tətbiq edilir

Ukraynada koronavirus xəstəliyi ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən paytaxt Kiyevdə sərt karantin tətbiq ediləcək.

Korrespondent.net şəhər meri Vitali Kliçkonun açıqlamasına istinadla xəbər verir ki, şəhərdə martın 20-dən sərt karantin rejiminə keçilir.

12 aprelə qədər məhdudiyyətlərin sərtləşdirməsinə qərar verilib.

Mövcud vəziyyətlə əlaqədar olaraq Kiyevdə 5-11 sinif şagirdləri üçün yaz tətili iki gün əvvəl - 18 martdan başlayacaq.

Qeyd edək ki, Ukraynada son sutkada 15 000-dən çox insanda koronavirus aşkarlanıb, 267 nəfər ölüb. Ölkədə ümumilikdə 1 504 076 nəfərdə koronavirus qeydə alınıb, 29 253 nəfər virusdan həyatını itirib.

Kiyevdə gündəlik yoluxma 1 092 nəfər olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...