Süveyş kanalından keçmək üçün 276 gəmi növbə gözləyir

Süveyş kanalından keçmək üçün 276 gəmi növbə gözləyir
Hazırda Süveyş kanalından keçmək üçün növbə gözləyən 276 gəmi var.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Misirin gəmiçilik agentliyi "Leth Agencies" məlumat yayıb.

"127 gəmi Süveyş limanında (cənubda) lövbər salmaq üçün növbə gözləyir, 42 gəmi Süveyş kanalının şimal və cənub hissələri arasında yerləşən Böyük Duzlu Gölün yaxınlığındakı İsmailiyyə sahilindədir, 107 gəmi isə Səid limanında (şimalda) lövbər salıb", - agentlikdən bildirilib.

Qeyd edək ki, Yaponiyanın “Shohei Kisen” şirkətinə məxsus və Panama bayrağı altında üzən 400 metr uzunluğunda “Ever Given” konteyner gəmisi martın 23-də Süveyş kanalının 151-ci kilometrliyində güclü külək və qum qasırğası səbəbindən istiqamətini dəyişib və əks tərəfə dönərək kanalın hər iki sahilində torpağa oturub. Gəmini dartaraq yerindən tərpətmək hələlik mümkün olmayıb. Gəminin kanalda hərəkəti tam dayandırması nəticəsində digər gəmilərin də yolu bağlanıb.

KİV-in yazdığına görə, hazırda torpağa ilişib qalan gəmidə təxminən 10 milyon barel neft və neft məhsulları var ki, bunun da 2,6 milyon bareli Rusiyaya məxsusdur. Rusiyadan gələn neftin ümumi dəyərinin 160 milyon dollar ola biləcəyi təxmin edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1114 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...