Bəşər Əsədə koronavirusun da gücü çatmadı

Bəşər Əsədə koronavirusun da gücü çatmadı

Suriya Prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirusdan sağalıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Prezident sarayının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, onların COVID-19 testinin nəticəsi mənfi olub və B.Əsəd çərşənbə axşamı işə qayıdır.

"COVID-19-un əlamətlərinin itməsi və mənfi PCR testi aldıqdan sonra Prezident Bəşər Əsəd və xanımı Əsma Əsəd bu gündən işə qayıdırlar", - məlumatda vurğulanıb.

Xatırladaq ki, martın əvvəlində Prezident sarayının mətbuat xidməti rəsmi olaraq Bəşər Əsəd və xanımı Əsmanın COVID-19 virusuna yoluxduqlarını və müalicə aldıqlarını açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
944 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...