ABŞ-da təhlükəli göbələk xəstəliyi yayıldı

ABŞ-da təhlükəli göbələk xəstəliyi yayıldı


ABŞ-ın Texas ştatında iki xəstəxanada tapılan dərmana davamlı Candida auris göbələyi dörd xəstənin ölümünə səbəb olub.

Guneminfo.az xəbər verir ki, bu barədə KXAS-TV xəbər yayıb.

Ştatda ümumilikdə 9 infeksiya hadisəsini təsdiqlənib. 1eyd edilir ki, ilk infeksiya xəbəri 2021-ci ilin yanvarında yayılıb. Bundan sonra xəstəxanalara bir neçə tibbi tövsiyə göndərilib.

Yerli səhiyyə nümayəndələrinə görə, ümumiyyətlə Candida auris xəstəliyinə youxma riski yoxdur, lakin göbələk qocalar evlərindəki və xəstəxanalardakı insanlar üçün təhlükəlidir.

Öz növbəsində, ölkənin Xəstəliklərə Nəzarət və Prafilaktika Mərkəzi (CDC) yanvar-aprel ayları arasında əyalətdə 22 belə hadisənin olduğunu açıqlayıb. Aprel ayından bəri yeni infeksiya hadisələri müəyyən edilsə də, bunlar barədə məlumat verilməyib.

Candida aurisa ən çox immuniteti zəif olan insanlar yoluxur. Qan dövranına, ürəyə və ya beyinə girərsə daha təhlükəlidir. Göbələk çoxalaraq invaziv kandidoza (funqemiya) səbəb ola bilər.

Eyni zamanda, Candida auris çox dərmana davamlıdır - bir anda bir neçə sinif antifungal dərmana qarşı həssaslıq göstərmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...