Türkiyə və Pakistan parlametlərinin sədrləri Azərbaycana səfərə gəlib

Türkiyə və Pakistan parlametlərinin sədrləri Azərbaycana səfərə gəlib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Pakistan Milli Məclisinin sədri Əsəd Kaiser və parlament heyəti ilə birlikdə İstanbul Hava limanından Bakıya səfər ediblər.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, səfərdə məqsəd Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçlü formatda Bakıda keçiriləcək görüşündə iştirak etməkdir.

Parlament sədrlərinin iyulun 27-də keçiriləcək görüşündə Bakı Bəyannaməsinin imzalanma mərasimi olacaq.

İclasdan əvvəl parlament sədrləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək. M.Şentop Bakıda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini də ziyarət edəcək.

İyulun 28-də TBMM sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü olacaq.

M.Şentopun türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcəyi, Şuşa və Füzuli şəhərlərinə səfər etdikdən sonra iyulun 29-da Türkiyəyə dönəcəyi bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...