Xorvatiyada ağır yol qəzasında 10 nəfər ölüb

Xorvatiyada ağır yol qəzasında 10 nəfər ölüb

Xorvatiyada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gundmeinfo.az-ın məlumatına görə, Almaniyadan Priştinaya gedən sərnişin avtobusu Xorvatiyanın Slavonski-Brod şəhərində idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə yuvarlanıb. Qəzaya səbəb isə sürücünün sükan arxasında yatması olub.

Xorvatiyanın səhiyyə naziri Villi Broş bildirib ki, yol qəzasında 10 nəfər həyatını itirib: “44 yaralı xəstəxanaya aparılıb. Onlardan 15-nin vəziyyəti ağırdır”.

Xorvatiya prezidenti və baş naziri Zoran Milanoviç və Andrey Plenkoviç həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veriblər. Nazirlər Kabinetinin rəhbəri xəstəxanada yaralılara baş çəkib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
937 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...