ABŞ-da yoluxma sayı kəskin arta bilər

ABŞ-da yoluxma sayı kəskin arta bilər

ABŞ-da avqust ayında yeni növ koronavirus infeksiyasına gün ərzində yoluxunların sayı 140 min nəfərdən 300 min nəfərə qədər arta bilər.

Gundeminfo.az
xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mütəxəssislərin proqnozlarına istinadən məlumat yayıb.

Nəşr bildirib ki, ABŞ-da son bir həftə ərzində hər gün orta hesabla 70 mindən çox yeni yoluxma aşkarlanıb. Eyni zamanda, ölkədə koronavirusa yoluxma nəticəsində xəstəxanaya yerləşdirilənlərin sayı orta hesabla 40%, virusdan ölənlərin sayı isə demək olar ki, 30% artıb.

“Vəziyyət getdikcə pisləşir və ABŞ-da koronavirusun yayılma sürəti ən azından indiyə qədər səngiməyib. Yoluxmanın artmasına əsas səbəb “Delta” ştammıdır. Yoluxan on nəfərin 8-də bu ştamm aşkarlanır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...