Hərbi Prokurorluq kursantın qətlini ört-basdır edir? - VİDEO

Hərbi Prokurorluq kursantın qətlini ört-basdır edir? -
Dövlət Sərhəd Xidməti Akademiyasının 4-cü kurs tələbəsi, 2001-ci il təvəllüdlü kursant Murad Müslüm oğlu Nağıyevin ölümü ilə bağlı müəmma davam edir. M.Nağıyevin 13 apreldə dünyasını dəyişməsinə görə Hərbi Prokurorluğun əməkdaşları araşdırmaya başlamışdılar. Aradan 8 ay ötməsinə baxmayaraq, araşdırmanın nəticəsi barədə ictimaiyyətə heç bir açıqlama verilməyib.

Mövzu ilə bağlı Axar.az-ın Hərbi Prokurorluğa ünvanlandığı sorğu da cavablandırılmayıb.

Bir daha qeyd edək ki, M.Nağıyevin Akademiyada baş verən kütləvi davada öldüyü barədə qeyri-rəsmi informasiya yayılsa da, DSX Akademiyası bunu təkzib etmiş, onun onkoloji xəstəlikdən xəstəxanada dünyasını dəyişdiyini bildirmişdi.

Lakin həmin gün Hərbi Porkurorluğun yaydığı məlumatda M.Nağıyevin ölümü ilə bağlı araşdırma başladığı, prokurorluq əməkdaşlarını hadisə yerinə və meyitə baxış keçirdiyi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin maddi sübut kimi götürüldüyü, izahatlar alındığı və digər zəruri hərəkətlər icra edildiyi bildirildi. Qeyd edilirdi ki, fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...