Xaçmazlı qız dünyanın ən məşhur universitetinə qəbul oldu: 145 min təqaüd alacaq

Xaçmazlı qız dünyanın ən məşhur universitetinə qəbul oldu:

Azərbaycanlı tələbə dünyanın ən məşhur universitetinə 100% təqaüdlə qəbul olunub.

Bu barədə Lent.az-a universitetə qəbul olan Zülfiyyə Kişiyeva özü məlumat verib.

O, dünyanın ən önəmli universitetlərindən hesab edilən Stanford Universitetinə daxil olduğunu və 85 min dollar (təxminən 145 min manat) təqaüd alacağını bildirib:
Ətraflı

"Xaçmazda anadan olmuşam. Ailəm Bakıya köçdüyü üçün təhsilimi Gənclik İstək liseyinə davam etdirmişəm. İstək liseyi bağlandıqdan sonra isə Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasına getdim, bu ilin yayında oradan məzun oldum.

Xaricdə təhsil alacağıma 6-7-ci sinifdən qərar verdim. Hazırlaşaraq SAT və İELTS kimi xarici universitetlərə qəbul imtahanlarından yüksək bal topladım. Bundan əlavə olaraq müxtəlif universitetlərin yay kamplarında (Stanford Unversitetinin Riyaziyyat Kampı, Kanada/Amerika Riyaziyyat Kampı (mathcamp.org) və s.) iştirak etmişəm.

Bu ilin noyabrında isə özüm tək olaraq (heç bir xaricdə təhsil kursunun köməyi olmadan) Stanford Universitetinə müraciət etdim. Beləliklə, dekabrın 17-si qəbul xəbərimi aldım. Qeyd edim ki, mən 100% təqaüd ilə qəbul oldum, 85000 dollar alacam".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...