"Qızılbulaq" və "Dəmirli" yataqlarını istismar edən şirkət fəaliyyətini dayandırdı

"Qızılbulaq" və "Dəmirli" yataqlarını istismar edən şirkət fəaliyyətini dayandırdı
Qarabağda qızıl və mis-molibden yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkəti fəaliyyətini dayandırdığını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, şirkət azərbaycanlı ekoaktivistlərin Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ilə əlaqədar rəhbərliyin mədən fəaliyyətlərini müvəqqəti dayandırdığını və ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəldiyini bildirilib.

Qeyd olunub ki, BMT-nin müvafiq strukturlarına və digər aidiyyəti təşkilatlara qısa müddətdə ekspertizanın təşkil edilməsi üçün müraciət olunub.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçirən “Base Metals” şirkəti ermənilərin “Vallex Group” konqlomeratının törəməsidir. Bölgədə Azərbaycanın mis-qızıl yataqlarını istismar edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
860 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...