Minimum əmək haqqının artması ciddi problemlər yaradacaq
Xəbər verdiyimiz kimi, Azərbaycanda minimum aylıq əmək haqqı 345 manat müəyyən edilib. Prezident İlham Əliyev bununla bağlı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Bəs minimum əmək haqqının artırılması inflyasiyanın təsirini azaldacaqmı?
Yenipress.az xəbər verri ki, iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az-a açıqlamasında minimum əmək haqqının yenə də real tələbdən az olduğunu bildirib:
“Ölkədə minimum əmək haqqının 345 manata qaldırılması muzdla çalışanlara təsir edəcək. Digər sektorlarda işləyənlərin maaşı isə qalxmır".
Ekspert hesab edir ki, minimum əmək haqqının artması başqa ciddi problemlər yaradacaq:
"Birincisi, bu məbləğ Azərbaycanda son inflyasiyaya adekvat deyil. Daha yüksək maaş, təqaüd gözləntisi var idi. Digər vacib məqam: Azərbaycanda VÖEN-lə çalışan 800 minə yaxın insan var. Onların sosial fonda ödəmələri də minimum əmək haqqına bağlıdır. Minimum əmək haqqı artırsa1, deməli oların ödəmələri, vergi yükü də artır. 345 manatın 25%-i Sosial Müdafiə Fonduna ödənilməlidir. Bu vaxta qədər 75 manat ödəyən 800 min işçi indi 85 manat ödəməli olacaq. Bu da faktiki olaraq, onların maaşına təsir edib, azalmaya səbəb olacaq. Bir tərəfdən az hissənin minimum əmək haqqı cüzi qalxır, digər tərəfdən yüz minlərlə insanın maaşı azalır. Buna görə qanunda nəzərdə tutulan şərtlər dəyişdirilməlidir. Çünki bu, doğru yanaşma deyil. Bundan sonra minimum əmək haqqı daha doğru indikatorlarla hesablanmalıdır. VÖEN-lə çalışanların da mənafeyi qanunvericiliklə tənzimlənməli, minimum əmək haqqı isə 500 manat olmalıdır”.
580 dəfə oxundu