Rusiya Mariupola qoşun yerləşdirir: Onminlərlə hərbçidən ibarət “canlı qalxan” yaradır
“Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş Mariupol və ona bitişik yaşayış məntəqələrinə qoşun yerləşdirməyə davam edir.
Təkcə son bir həftədə oradakı Rusiya hərbi korpusu 10-15 min nəfər artıb”.
Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat verib.
Onun sözlərinə görə, rusiyalı hərbçilərin əksəriyyəti “canlı qalxan” taktikası ilə Mariupol kəndlərində yerləşdirilib.
“Ümumilikdə Mariupol və bu ərazidə 30 minə yaxın rusiyalı hərbçinin cəmləşdiyini demək olar. Eyni zamanda ilk növbədə Mariupol rayonunun qəsəbələrində “təmizləmə əməliyyatları” güclənib”, - deyə o qeyd edib.
O bildirib ki, rusiyalı hərbçilər özləri “yerli sakinlərlə kifayət qədər ünsiyyətcildirlər”. Belə ki, onlar özləri Uqledar və Zaporojyeyə hücumun prioritet istiqamətləri barədə məlumat verirlər.
“Həftənin son ştrixi isə “kadırovçular”ın 2-3 min nəfərlik yeni bölməsinin sahil kəndlərindən birinə daxil olmasıdır. Ola bilsin ki, bu, potensial hücum üçün “dəstənin” formalaşdırılmasıdır. Çünki bizdə olan məlumata görə, nə Mariupolda, nə də bu rayonda Milli Qvardiyanın heç bir iri aksiyası nəzərdə tutulmayıb”, - deyə Andryuşenko əlavə edib.
Mariupol merinin müşaviri qeyd edib ki, rusiyalılar gecələr aktiv şəkildə öz texnikalarını daşıyırlar.
“Nəticədə təəssürat yaranır ki, Uqledar üzərinə hücumu davam etdirmək üçün ehtiyatların aktiv şəkildə artırılması həyata keçirilir”, - deyə o vurğulayıb.
Mənbə: UNIAN
526 dəfə oxundu