DSX-dən Talıbovun İrana torpaq "hədiyyə" etməsi iddiasına - Reaksiya
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Muxtar Respublikaya rəhbərlik etdiyi vaxtlarda Şərur rayonunun Ərəbyengicə kəndi ərazisində Araz çayının yatağının dəyişdirilərək 30 hektar torpaq sahəsinin İrana "hədiyyə" edildiyi iddia olunur.
GUNDEMİNFO.AZ xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən Toplum TV-yə verilən məlumatda Ərəbyengicədəki problem dolayısı ilə təsdiqlənib. Ancaq bu torpağın verilməsi kimi yox, təbiət hadisəsi kimi qələmə verilib, yəni çayın yataqdan çıxdığı deyilib.
DSX-nın şöbə rəisi Aftandil Abbasov bildirib ki, Araz çayının əsl yatağına qaytarılması məqsədilə 2016-cı ildən başlayaraq hər iki tərəfdən dövlət qurumlarının mütəxəssisləri çoxsaylı görüşlər keçiriblər. Əldə edilmiş razılaşmalara uyğun olaraq 2020-ci ildə müvafiq məcranizamlama və sahilbərkitmə işlərinə başlanılıb. Hazırda bu işlər davam etdirilir.
Aftandil Abbasovun sözlərinə görə, Azərbaycanla İran arasında dövlət sərhəd xətti və sərhəd rejimi SSRİ və İran arasında 1954-cü il tarixli “Sərhəd və maliyyə məsələləri üzrə Sazişə” və ona əlavə edilmiş 1957-ci il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərə və xəritələrə, eləcə də 14 may 1957-ci il tarixli “Sərhədin rejimi və sərhəd münaqişələrinin və insidentlərinin tənzimlənməsi haqqında Müqavilə”yə əsasən müəyyən edilib.
DSX-dan deyilir ki, indi iki ölkə arasında dövlət sərhəd xətti qeyd edilən sənədlərə tam uyğundur və sərhəd xəttinin keçmə yerlərində hər hansı bir dəyişiklik yoxdur.
510 dəfə oxundu