Statistika Komitəsi Xankəndidəki erməniləri siyahıdan çıxartdı - Fotofakt

Statistika Komitəsi Xankəndidəki erməniləri siyahıdan çıxartdı -
Bu ilin əvvəlinə olan məlumata görə, Xankəndi şəhərinin 4,4 min, Xocalı rayonunun 11,5 min, Xocavənd rayonunun isə 12,2 min nəfər əhalisi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda yer alıb.
Hesabatda qeyd olunub ki, əhalinin sayı hesablanarkən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhalinin sayı nəzərə alınmayıb.
Məlumat üçün bildirək ki, adları qeyd olunan şəhər və rayonların əhalisinin sayının tam şəkildə hesabata salınmaması ilk dəfə baş verir. Əvvəlki hesabatlarda əhalinin sayı tam şəkildə göstərilib. Məsələn, ötən ilin əvvəlinə olan məlumatda göstərilib ki, Xankəndi şəhərinin 55,9 min, Xocalı rayonunun 29,1 min, Xocavənd rayonunun isə 44,3 min nəfər əhalisi olub.



Statistika Komitəsi Xankəndidəki erməniləri siyahıdan çıxartdı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...