Türkiyə vətəndaşları şikayət etdi, general rəisi işdən çıxardı

Türkiyə vətəndaşları şikayət etdi, general rəisi işdən çıxardı

Dövlət Gömrük Komitəsində keçmiş sədr Səfər Mehdiyevin yaxınlarının qurumdan uzaqlaşdırılması prosesi davam edir.

Gununsesi.info-nun Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, komitə sədri Şahin Bağırovun əmri ilə Samur Gömrük Keçid məntəqəsinin növbə rəisi Teyyub Rzayev işindən uzaqlaşdırılıb.

Məlumatda bildirilir ki, Teyyub Rzayevin işdən kənarlaşdırılmasına səbəb kimi onun haqqında Türkiyə vətəndaşlarından daxil olan şikayət olub.

Belə ki, Şahin Bağırovun komitə sədri təyinatından sonra baxılmayan həmin şikayət araşdırılıb və nəticədə Teyyub Rzayev işdən azad edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...