“Dığ kəndi yaxınlığında problemli ərazi 1,4 km azalıb” – Paşinyan

“Dığ kəndi yaxınlığında problemli ərazi 1,4 km azalıb” –
“Gorus rayonunun Dığ kəndi yaxınlığında (Azərbaycan sərhədində) problemli ərazi daha 1,4 km azalıb”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dəqiqləşdiriləcək 12 kilometrlik xəttin 5 kilometrlik hissəsi problemli hesab edilib:
“Deyə bilərəm ki, hazırda zona daha 1,4 km azalıb. Bu o deməkdir ki, sərhədin bu hissəsi dəqiqləşdirilib. Bu o deməkdir ki, bu hissə ilə bağlı bizim və azərbaycanlıların ümumi fikri var”.
Onun sözlərinə görə, bu xəttdən müəyyən məsafədə Ermənistan və Azərbaycan sərhədçiləri yerləşdirilib.
Paşinyanın sözlərinə görə, təcrübə göstərir ki, sərhədçilər məsələ ilə məşğul olanda bu, müəyyən nəticələrə gətirib çıxarır.
“Ümid edirik ki, yerdə qalan 3,6 km dəqiqləşdiriləcək və məsələ bağlanacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
551 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...