Pulsuz səhiyyənin pullu tələləri: İcbari tibbi sığorta niyə işləmir?
"Rayondan Bakıya gələn xəstədən analiz nümunələri üçün 400 manatdan çox pul alınıb”.
Bu barədə Qaynarinfo-ya sözü gedən xəstənin yaxınları məlumat verib. Xəstənin yaxınlarının sözlərinə görə, onlar müayinə üçün Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına müraciət edib:
"Biz klinikaya göndərişsiz gəlmişdik. Bütün analizlərə 400 manata yaxın pul xərclədik. Klinikanın xidmətləri icbari tibbi sığortaya aiddirsə, bu boyda pulu bizdən niyə alıblar?”
İcbari tibbi sığortadan Qaynarinfo-ya verilən məlumata görə, Tədris Cərrahiyyə Klinikasi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısına daxildir: "Vətəndaşlar sözügedən klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətdən yararlanmaq üçün TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən göndəriş vərəqəsi əldə etməlidir. Göndəriş vərəqəsi yalnız TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində tibbi xidmətin göstərilməsi mümkün olmadıqda özəl tibb müəssisələrindən birinə verilir”.
565 dəfə oxundu