"Bunu FETO-nun əli ilə ABŞ təşkil edib" - İncənin namizədliyini geri götürməsi ilə bağlı ŞOK AÇIQLAMA

"Bunu FETO-nun əli ilə ABŞ təşkil edib" -
Türkiyədə prezidentliyə namizəd Məhərrəm İncənin seçkilərə 3 gün qalmış öz namizədliyini geri götürməsi geniş müzakirələrə yol açıb. Hətta bir çox siyasi ekspertlər bu addımın Ərdoğana qarşı hesablandığını açıqlayıblar. Məhərrəm İncə isə qərarını şantaj edilməsi və hökumətin bununla bağlı heç bir tədbir görməməsi ilə əlaqələndirib. Bəs görəsən, bu addım qardaş ölkədəki seçkilərə necə təsir göstərəcək ?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, İncənin səslərinin Kılıçdaroğluna veriləcəyini düşünmək yanlışdır: “Məhərrəm İncə tərəfdarlarının kimə səs verəcəyi bəlli deyil. Digər tərəfdən, Məhərrəm İncə zəiflik göstərdiyinə və kaseti ortaya çıxdığına görə birinci növbədə özünü ittiham etməlidir. Burada hökumətlik heç nə yoxdur. Türiyə tarixində kaset qalmaqalları çox olub. Hətta Ərdoğanın oğlunun saxta səs yazısı yayılmışdı və hər kəs AKP liderini qınayırdı. Amma sonra bütün həqiqətlər üzə çıxdı. Kılıçdaroğlunun səs yazısı ortaya çıxanda isə CHP lideri Ərdoğanın oğlunun saxta kaset məsələsini gündəmə gətirdi və bunun yalan olduğunu təsdiqlədi. Amma Kılıçdaroğlunun bu məsələ barədə o vaxt niyə danışmadığını, həqiqətləri nəyə görə dilə gətirmədiyini sual etmək lazımdır. Elə Məhərrəm İncə də həmin vaxt Ərdoğana qarşı ittihamlara qoşulmuşdu. Amma söhbət özlərindən gedəndə hökuməti günahlandırırlar”.

Politoloqun sözlərinə görə, Türkiyə siyasətindəki kaset məsələləri FETO üslubudur: “Xatırlayırsınızsa o vaxt Dəniz Baykalın və Dövlət Baxçəlinin müavinlərinin da video kasetləri çıxmışdı. Görünür Türkiyədə FETO ( dolayısı ilə ABŞ – red) güclüdür. Ona görə də, siyasətçilər ehtiyyatlı olmalıdırlar. Məhərrəm isə ilk növbədə özünü ittiham etməlidir. Ümid edək ki, Məhərrəm İncənin seçiciləri səslərini Ərdoğanın xeyirinə istifadə edəcəklər. Təbii ki, kaset qalmaqalı İncəni sıradan çıxarıb onun səslərinin Kılıçdaroğlunun xeyirinə verilməsinə hesablanıb. Bu məsələni FETO-nun əli ilə ABŞ təşkil edib. Amma hesab edirəm ki, bu, onların özləri üçün tərs sillə olacaq və İncənin seçiciləri Ərdoğana səs verəcəklər. Məhərrəm İncə bunu açıq şəkildə bəyan etsə, yaxşı olar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
560 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...