Kreml Əsəd devriləndən sonra ilk dəfə Suriyaya nümayəndələr yolladı
Rusiya nümayəndə heyyəti Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Dəməşqə ilk rəsmi səfərini edib.
Gundem.info.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən səhər Dəməşqə gələn Rusiya nümayəndə heyətinin tərkibində Yaxın Şərq məsələlərinə cavabdeh olan xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya lideri Vladimir Putinin Əsəd dövründə Suriya üzrə xüsusi nümayəndəsi olmuş Aleksandr Lavrentiyev də var.
HƏRBİ BAZA SAVAŞI
Rusiya Xarici İşlər Nazirliyi ətraflı açıqlama verməsə də, Rusiya xəbər agentlikləri bu səfərin iki ölkə arasında yeni başlanğıc olduğunu bildiriblər.
Suriyanın ciddi iqtisadi xarici dəstəyə ehtiyacı olduğunu vurğulayaraq, “Rusiya Əsəddən sonrakı dövrdə də Suriya üçün müsbət rol oynaya bilər. Ölkənin bütövlüyünü qorumaq üçün beynəlxalq aləmdə faydalı töhfə verə bilər. O, ölkəyə humanitar yardım kimi taxıl və enerji resursları verə bilər. Bunun müqabilində ümid edirik ki, Rusiyaya gələcəkdə Suriyadakı Tartus limanının hərbi hissəsindən istifadə etməyə icazə veriləcək”, - deyə şərhlər verilib.
DƏMƏŞQ NƏ İSTƏYİR?
2024-cü il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən sonra Moskva bəyan edib ki, Rusiya, Türkiyə və İrandan ibarət Astana üçlüyü Suriyada sabitliyin təmin edilməsi üçün səylərini davam etdirə bilər. Suriyanın yeni hökuməti isə şərt qoymuşdu ki, Bəşər Əsədin Rusiyaya qaçaq yolla daşıdığı milyardlarla dollarlıq sərvət geri qaytarılsın ki, Rusiya yenidən regionda aktyora çevrilsin.
92 dəfə oxundu