Sıravi həkim Nigar Əliyeva necə nazir müavini oldu?- Şok faktlar

Sıravi həkim Nigar Əliyeva necə nazir müavini oldu?-


Səhiyyə Nazirliyinin fəaliyyətini bərbad hala salan şəxslərdən biri də nazirin müavini Nigar Əliyevadır. Qeyd edək ki, Nigar Ramiz qızı Əliyeva 12 fevral 2009-cu ildən bu vəzifədə işləyir.

Respublika Diaqnostika Mərkəzində sıravi həkim işləmiş Nigar Əliyeva nazir müavini kimi ona tapşırılan işlərin öhdəsindən gələ bilmir:
"Xanım məmurun adı son 6 il ərzində ancaq qalmaqallı hadisələrdə, büdcə vəsaitlərinin mənimsənilməsində və sair xoşagəlməz işlərdə çəkilib. O da bəzi vəzifəli şəxslər kimi şəxsi imkanlarını yaxşılaşdırmaq barədə fikirləşir. Nazir müavini postuna qoyulana qədər maddi baxımdan sıxıntı yaşayan Nigar xanım hazırda ölkənin ən varlı şəxslərindən birinə çevrilib.
Bu illər ərzində Bakının müxtəlif ərazilərində mənzillər, ticarət obyektləri alıb. Əlində olan səlahiyyətlərdən istifadə edərək qohumlarının adına apteklər, bir neçə özəl klinika açıb.

Yığdıqları ömrünün axırına kimi ona bəsdir. Nigar Əliyevanın əsas qazanc yerlərindən biri də səhiyyə ocaqlarına təyinatlarla bağlıdır. Belə ki, Bakı şəhərində, o cümlədən bölgələrdə fəaliyyət göstərən doğum evləri və qadın məsləhətxanalarının əksəriyyətinin rəhbər işçiləri nazir müavininin kadrlarıdır.

Təbii ki, həmin insanlar təmənnasız olaraq vəzifəyə qoyulmayıblar. Yerləşdiyi qəsəbə və rayondan asılı olaraq hər doğum evinin, qadın məsləhətxanasının baş həkimi vəzifəsinin öz problemi var.

Sıravi həkim işləmək isə nisbətən problemsiz başa gəlir. Ən dəhşətlisi isə odur ki, Nigar Əliyevanın vasitəsilə vəzifəyə düzələn şəxslər vətəndaşlara əlavə problemlər yaradır və səhiyyə sektorunda rüşvətxorluğun yayılmasına zəmin hazırlayırlar”.
Nazir müavininin adı bir müddət əvvəl qalmaqallı olaya qarışıb. Belə ki, Aygün Əliyeva adlı qadın 200 nəfəri aldadaraq onlara ümumilikdə 5 milyon manat ziyan vurub. Bu işlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində 22 epizod üzrə istintaq aparılıb.
Məhkəmənin qərarı ilə 5 il azadlıqdan məhrum edilən Aygün Əliyeva bəzi maraqlı məqamları açıqlayıb. Qeyd edək ki, adıçəkilən xanım axtarışda olduğu vaxt 15.06.2012-ci ildə Lerik Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirib.
Doğum haqqında sənədi xəstəxananın nevropatoloqu Etibar Həşimov verib. Məhkəmənin 29 noyabrda Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə (böhtan atma) hökm oxuduğu son iclasında Aygün Əliyeva uşağın sənədini səhiyyə nazirinin müavini Nigar Əliyeva vasitəsilə aldığını deyib: "Nigar rəfiqəmdir, hara yazsanız da o cavabınızı verəcək. Bütün respublikanın səhiyyəsinə o baxır. Nəyi sübuta yetirəcəksiniz?”. Saxta sənəd hazırlamaqda ittiham olunan nazir müavininin barəsində isə təəssüf ki, heç bir tədbir görülməyib. Yəqin buna görədir ki, Nigar xanım səhiyyə sistemində öz bildiklərini edir.
Səhiyyə sektorunun inkişafına mane olan şəxslərdən biri də Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin direktoru Əbülfəz Abdullazadədir.

Apteklərə lisenziyanı Əbülfəz Abdullazadənin direktoru olduğu Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi verir. Bunu almaq üçün bəzi şənədlər tələb olunur ki, bura şəxsiyyət vəsiqəsi, diplom, əmək kitabçası, vergi qeydiyyatı şəhadətnaməsi, tibbi arayış və s. daxildir.

Bundan başqa, ən əsası 5500 manat məbləğində dövlət rüsumunun ödənilməsidir. Aptekin rəhbəri bu sahədə ali və ya orta təhsilə, həmçinin 5 illik iş təcrübəsinə malik olmalıdır.

Araşdırmalar göstərir ki, bu şərtləri tam şəkildə ödəyən vətəndaşlar belə aptek açmaq istəyərkən digər əngəllərlə üzləşirlər. Belə ki, əczaçılıqla məşğul olmaq üçün lisenziyanın rəsmi qiyməti 5500 manat olsa da, sahibkarlardan əlavə "rüsum” tələb edilir:
"Bəzi maraqlı qüvvələr məhz Əbülfəz Abdullazadənin vasitəsilə aptek biznesini bir əldə cəmləşdirmək istəyirlər. Məhz elə bu səbəbdən də son illər həm paytaxtda, həm də ölkənin digər şəhər və rayonlarında aptek açmaq bir xeyli çətinləşib.
Çünki aptek açmaq üçün müraciət edən əczaçıların qarşısına elə şərtlər qoyulur ki, onlar bu işdən vaz keçməyi daha məqsədəuyğun sayırlar. Hazırda Bakı şəhərində aptek açmaq istəyən şəxslərdən obyektin yerləşdiyi məkandan asılı olaraq lisenziya üçün külli miqdarda "rüsum” alınır.

Əbülfəz Abdullazadə Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarına tapşırıb ki, yeni apteklərin fəaliyyəti üçün zəruri olan lisenziyaların verilməsini qanunun müəyyən etdiyi tələblər əsasında deyil, öz qaydaları ilə həyata keçirsinlər.
Bu da adıçəkilən quruma il ərzində külli miqdarda vəsait qazandırır. Aptekin sahəsi nə qədər geniş, onun yerləşdiyi məkan isə məskunlaşma baxımından nə qədər sıxdırsa, lisenziyanın qiyməti də bir o qədər artır.


İşinin öhdəsindən layiqincə gələ bilməyən digər şəxslər isə nazirin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyovdur.
Bütün yazılanları ümumiləşdirib deyə bilərik ki, Nigar Əliyeva, Abbas Vəlibəyov, Əbülfəz Abdullazadə səhiyyə sistemində xaotik vəziyyət yaradıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...