"Qanunvericilikdə mərc oyunları ilə bağlı boşluq var" - Rövnəq Abdullayev
Gundeminfo.az “Qafqazinfo”ya istinadən AFFA prezidenti Rövnəq Abdullayevin jurnalistlərə müsahibəsini təqdim edir:
- Bu gün PFL prezidenti seçiləcək. Gözləyirdinizmi ki, başqa namizədlər də olsun?
- Gözləyirdim. Ancaq PFL prezidentinin postu tez-tez söyülür. Ona görə heç kim namizədliyini irəli sürmədi. Əsas odur ki, tariximizdə ilk dəfə klublarımız birinci mərhələdə belə nəticə göstərdi. Buna sevinməyə bilmərik. Ümid edirəm ki, komandalarımız bu zəfər yürüşünü yenə də davam etdirsin.
- Bu yay və ötən qış hakimlərimiz ölkə xaricinə çıxmadı. Bu, nə ilə əlaqədardı?
- Hazırda bu yöndə işlər gedir və ədalət təmsilçilərimiz Bolqarıstana getməyə hazırlaşır. Antalyaya getməmələrinin səbəbi Antalyaya klubların gəlməməsi idi.
- Ötən mövsüm xeyli biabırçı hakim səhvləri oldu. AFFA prezidentliyinə də seçki oldu, PFL prezidentliyinə də. Bəs, Hakimlər Komitəsinə nə vaxt seçki olacaq?
- Avropa Çempionatında da səhvlər olur. İndi Xaqani Məmmədovu öldürək? Hakimlərimizə ciddi nəzarət var. Ancaq bir məqam var və ona diqqətinizi yönəltmək istəyirəm. Qanunvericilikdə mərc oyunları ilə bağlı boşluq var. Bununla əlaqədar hökumətimizə müraciət etmişəm. Təmiz futbol oynanılması üçün bu, ciddi nəzarətə götürülməlidi.
- 2005-2015-ci illər üçün dövlət proqramı hazırlanmışdı. Ancaq növbəti proqram hələ də təsdiqini tapmayıb.
- Yaxın zamanlarda 2020-ci ilə qədər dövlət proqramının qəbul olunması gözlənilir.
731 dəfə oxundu