Cəbhədə öldürülmüş erməni zabitin adı açıqlandı – Ermənilər nazirliyi ifşa etdi /FOTO
Ermənistanın Müdafiə Nazirliyinin cəbhədə təxribatlar zamanı verdikləri itkilərini gizlətməsinə baxmayaraq, sosial şəbəkələrdə Ermənistanın bəzi vətəndaşları bu barədə informasiyaları yaymağa başlayıblar.
Gundeminfo.az xəbər verir ki, "AzeriDefence”nin məlumatına görə, bu gün "Facebook” şəbəkəsində Levon Soqomonyan adlı erməni cəbhədəki itkilər barədə status yazıb. Profilinn göründüyü qədər L.Soqomonyan I Qarabağ müharibəsi veteranlarındandır. O səhifəsində 2016-cı ilin yaz-yay aylarında Qarabağa səfərlərinin fotosunu paylaşıb.
Levon Soqomonyanın şərhinə öncə Razm.info saytının və Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovannesyanın "Facebook” səhifəsində rastlaşılıb. Lakin az keçməmiş hər iki səhifə veteranın şərhini silib.
Araşdırmalar zamanı məlum olub ki, Levon Soqomonyan adlı erməni veteranı öz səhifəsində də bu barədə yazıb və bir çox veteranlar onun statusunu paylaşıblar.
Ermənilərin ənənəvi qaydada cəbhədəki itkiləri gizlətmələrini və Müdafiə Nazirliyinin təzyiqi ilə statusu silə biləcəklərini nəzərə alaraq onların fotosunu və statusu olduğu kimi təqdim edirik: "Əziz dostlar 12 mart 2017-ci il öz hərbi borcunun icrası vaxtı, döyüş zamanı 18-ci motoatıcı diviziyasının zabiti Çixanyan Xaik Nifritaroviç həlak oldu. Dostlar adından həlak olmuş zabitin ailəsinə səmimi başsağlığı verirəm. Xaik yaxşı zabit, ailə başçısı və əla dost idi. Hərçənd Azərilər bizim 8 əsgər və zabitin həlak olması haqqında bildirdilər. Parlament seçkiləriylə əlaqədar Ermənistanın və Arsaxın Müdafiə Nazirliyi əsgərlərin həlak olması haqqında informasiyanı yaymağı lazım bilmir. Niyə bunu gizlətmək lazımdır??????? Dostlardan bir çoxu hətta Yerablur qəbiristanlığından keçirilən dəfn mərasimində iştirak etməyi bacarmadılar. Çünki Xaik və başqa hərbi qulluqçular həlak olması haqqında heç məlumatları olmadı. Biz itkimizdən kədərlənirik!!!!”
841 dəfə oxundu