“Xaliq Faiqoğlu” sürücülərin maaşını kəsib

“Xaliq Faiqoğlu” sürücülərin maaşını kəsib
“Xaliq Faiqoğlu” marşrut firması pandemiya dövründə sürücülərinin maaşını kəsib. Reportyor.info-ya verilən məlumata görə, avtobus şoferlərinin əmək haqları həftəlik 30 manat azaldılıb.
Şirkətin bu qərarı qəbul etməsinə nə səbəb olduğu sürücülərə izah edilməsə də, narazılıqla qarşılanıb. Çünki aylıq gəlirə ciddi təsir edib.
Şirkətin rəhbəri Faiq Seyidovdur. Sürücülərin məvaciblərinin kəsilməsi onun qərarı ilə verilib. Ölkədə bahalaşmanın getdiyi, sosial şəraitin çətinləşdiyi, pandemiyanın insanların dolanışığını pisləşdirdiyi dövrdə “Xaliq Faiqoğlu”nun işçilərin əmək haqlarını kəsməsi həm də dövlətin rəhbərliyinin tapşırıqlarına ziddir.

Ölkə başçısı bildirmişdi ki, heç bir müəssisə ixtisarlara getməməli, maaşları azaltmamalıdır. Xatırladaq ki, F.Seyidov bir müddət əvvəl gündəmə oğlunun törətdiyi qəza ilə gəlmişdi. Onun oğlu Xaliqin 2014-cü ildə ağır yol qəzası törədərək adam öldürməsi gündəmdə olmuşdu.
Həmin ilin mayın 18-də Nəsimi rayonu, “3-cü mikrorayon dairəsi” kimi tanınan ərazidə 10-LU-090 dövlət nömrə nişanlı “Mercedes GL” markalı avtomobillə Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. E.Məmmədov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Bundan əlavə, Faiq Seyidovun adı həmçinin “Safastore” mağazasının qarşısında “Riyad” mühafizə xidməti əməkdaşları ilə qarşıdurmada hallanıb. Belə ki, həmin hadisələrdən sonra iş adamı Azadxan Xanməmmədov həbs edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...