Biləsuvarda ana 1 yaşlı övladını su kanalına atdı - körpə boğularaq öldü

Biləsuvarda ana 1 yaşlı övladını su kanalına atdı -
Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.

Gundeminfo.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...